USD 1.7
13 °C

Bələdçilik kursları: Uğurla bitirən tələbələr işlə təmin ediləcək

İyul 3, 2024 13:33 / 435
Bələdçilik kursları: Uğurla bitirən tələbələr işlə təmin ediləcək
A-
A
A+

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində COP28-in dekabr ayının 11-də keçirilən plenar iclasında COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qərarına uyğun olaraq Azərbaycan Turizm Bələdçiləri Assosiasiyası sənayeyə yeni bələdçilər hazırlayır.

cbx-add

Turizmplus.az xəbər verir ki, ATBA COP29 ilə əlaqədar, bələdçilik kurslarına start verir. Dərslər həftədə 5-7 dəfə olmaqla, 4 ay davam edəcək (3 ay nəzəri 1 ay isə praktiki hissə). Kursu keçmiş potensiallı tələbələr işlə təmin olunur və aylıq 2000 azn qazanmaq şansını əldə edir. Bələdçilər sərbəst qrafik üzrə çalışır və turizm sahəsinin inkşafına öz tövhələrini verir.

Bu səbəblə bələdçilik təlimləri başlayıb. Dərslər beynəlxalq dərəcəli təlimçilər tərəfindən tədris olunur. Məqsəd potensiallı tələbələrdən ölkəmizi təmsil edəcək yeni peşəkar bələdçi üzvlər yaratmaqdır.

Məlum olduğu kimi COP29 turizm sektoru üçün böyük əhəmiyyət kəsb edir. Bu tədbirdə gələn qonaqların layiqincə qarşılanması, ölkəmizin tarixini, milli-mənəvi dəyərlərini, mədəni-irsini və incəsənətini dünyaya tanıdılması istiqamətində bir sıra layihələr həyata keçirilir.

Nəzərinizə çatdıraq ki, tələbələrə Azərbaycanın tarixi, mədəniyyəti, adət-ənənələri,milli mətbəxi və digər mövzular istiqamətində dərslər həyata keçirilir.

Qeyd edək ki, Azərbaycan Turizm Bələdçiləri Assosiasiyası (ATBA) Azərbaycanda turizm bələdçisi peşəsini təmsil edən peşəkar şəxslərin fəaliyyətinə kömək və onların vahid birlikdə cəmləşməsi məqsədilə AR Dövlət Turizm Agentliyinin və Azərbaycan Turizm Bürosunun dəstəyi ilə 2019-cu ildə yaradılıb.

Ətraflı məlumat üçün:

(+994) 51 229 60 55
shamistan.muradbayli@atga.az

Oxşar xəbərlər